satellite   Azerspace-1: 11135 H 30000

İspaniya yığmasının 16 yaşlı futbolçusu Zinəddin Zidanın uğurunu təkrarlayıb

İspaniya yığmasının 16 yaşlı futbolçusu Zinəddin Zidanın uğurunu təkrarlayıb

İspaniya yığmasının 16 yaşlı futbolçusu Lamin Yamal Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalının Gürcüstan millisinə qarşı oyunundan sonra məşhur fransalı yarımmüdafiəçi Zinəddin Zidanın uğurunu təkrarlayıb.

Naxçıvan televiziyası "Opta"ya istinadən xəbər verir ki, gənc vinger Avropa çempionatları tarixində bir matçda ən azı 5 zərbə endirməyi və komanda yoldaşları üçün ən azı 5 şans yaratmağı bacaran ikinci oyunçu olub.

O, qarşılaşma ərzində qapıya 7 zərbə endirib və komanda yoldaşları üçün 6 dəfə qol şansı yaradıb. İkinci belə hal AVRO-2004-də qeydə alınıb. Həmin vaxt Z.Zidan İngiltərə millisi ilə oyunda rəqib qapısına 6 zərbə vurmaqla yanaşı, komanda yoldaşları üçün eyni sayda qol şansı yaradıb.

Qeyd edək ki, İspaniya millisi 1/8 finalda Gürcüstanı 4:1 hesabı ilə məğlub edib. Pireneylilər iyulun 5-də 1/4 finalda Almaniya ilə qarşılaşacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM