satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə millisinin üzvü Avstriya ilə oyunda iki rekorda imza atıb

Türkiyə millisinin üzvü Avstriya ilə oyunda iki rekorda imza atıb

Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Avstriyanı məğlub edən Türkiyə millisinin futbolçusu Merih Demiral iki rekorda imza atıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, qarşılşamanın 1-ci dəqiqəsində rəqibin qapısına yol tapan 26 yaşlı müdafiəçi Avropa çempionatlarının pley-off mərhələlərində ən erkən qolu vurub.

Bundan əvvəlki rekord AVRO-2016-nın 1/4 finalının Portuqaliya - Polşa matçında qeydə alınıb. İkincilərin futbolçusu Robert Levandovski Portuqaliya yığmasının penaltilər seriyasında (5:3) qələbə qazandığı görüşün başlamasından 1 dəqiqə 40 saniyə sonra fərqlənmişdi.

Avstriya ilə matçda iki qol vuran M.Demiral həm də Türkiyə millisinin heyətində Avropa çempionatlarının pley-off matçlarında dubl edən ilk futbolçu olub.

Qeyd edək ki, Avstriya - Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə yığmasının qollarını 1-si və 59-cu dəqiqədə M.Demiral rəqib qapısından keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM