AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb

AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin ilk iki görüşünün hakimləri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, İspaniya və Almaniya arasında keçiriləcək oyunu ingiltərəli referi Entoni Teylor idarə edəcək.

Portuqaliya və Fransa arasında reallaşacaq növbəti dueldə də ingilis hakim iş başında olacaq. Maykl Oliver sözügedən matçda ədaləti qoruyacaq.

Qeyd edək ki, hər iki qarşılaşma iyulun 5-də baş tutacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM