Azərbaycan boksçuları Olimpiya Oyunlarına Almaniyada hazırlaşacaqlar

Azərbaycan boksçuları Olimpiya Oyunlarına Almaniyada hazırlaşacaqlar

Kişi boksçulardan ibarət Azərbaycan millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsi üçün Almaniyaya yollanıb.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, yığma baş məşqçi Pedro Rokenin rəhbərliyi altında Saarbrükkendə təlim-məşq toplanışı keçəcək.

Komandanın heyətində olimpiyaçılar – Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominges (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) yer alıblar.

Toplanış iyulun 20-dək davam edəcək.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM