satellite   Azerspace-1: 11135 H 30000

Məşhur futbolçu karyerasını başa vurub

Məşhur futbolçu karyerasını başa vurub

Braziliya millisinin və İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Marselo peşəkar karyerasını başa vurub.

Naxçıvan televiziyası xəbər verir ki, məşhur müdafiəçi 37 yaşında futbolla vidalaşıb.

Karyerası ərzində 15 il “kral klubu”nun formasını geyinən Marselo 546 oyunda 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisinin əfsanələrindən hesab olunan veteran futbolçu bu komandada ümumilikdə 25 titul qazanıb. Onların arasında 5 Çempionlar Liqası kuboku da var.

Qeyd edək ki, Marselonun son klubu ölkəsinin “Fluminense” kollektivi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM