satellite   Azerspace-1: 11135 H 30000

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font> Güləş üzrə muxtar respublika birinciliyi keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, fevralın 6-sı İlham Əliyev Olimpiya İdman Kompleksində yeniyetmələr arasında (2010-2012) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Ölkə birinciliyinə seçim xarakteri daşıyan yarışa Naxçıvan şəhəri və bölgələrdən ümumilikdə 81 idmançı qatılıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Güləş Federasiyası (AGF) ilə birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsində medalçılar müəyyənləşib.

İlk üç yerin sahibinə diplom və medallar təqdim olunub. Gənclər və İdman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib.

Yarışda ədalətli idarəçiliyin təmin olunması məqsədilə AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev də iştirak edib. Beynəlxalq dərəcəli hakim Əli Babayev yarışın hakimlərindən biri kimi təmsil olunub.

Nəticələrə gəlincə, müvafiq çəki dərəcələrində Hüseyn Əliyev (85 kq), Üzeyir Məmmədli (75 kq), Mətin Cabbarlı (68 kq), Polad Əhmədov (62 kq), Eltun Abuzərli (57 kq), Ramal Rüstəmov (52 kq), Tural Mirzəyev (48 kq), Məcnun Abbasov (44 kq), Əsəd Abidinov (41 kq) və Elşad Əliyev (38 kq) birinci olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM