satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: Liqa mərhələsinin ən yaxşı qolu açıqlanıb

Çempionlar Liqası: Liqa mərhələsinin ən yaxşı qolu açıqlanıb

Çempionlar Liqasının Liqa mərhələsində vurulmuş ən yaxşı qol bəlli olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azarkeşlərin səsverməsinə əsasən, İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniorun dəqiq zərbəsi ən yaxşı seçilib.

Braziliyalı oyunçunun VII turda Avstriyanın “Zaltsburq” komandasına 77-ci dəqiqədə vurduğu qol fərqləndirilib.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinə fevralın 11-də start veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM