Türkiyə Superliqasının XXV turunun "Qalatasaray" - "Fənərbağça" oyununu idarə edəcək hakim bəlli olub.
Naxçıvan televiziyası Rumıniya mətbuatına istinadən xəbər verir ki, prinsipial qarşılaşma İştvan Kovaça həvalə edilib. Derbidə ədaləti rumıniyalı FIFA referisi qoruyacaq.
Qeyd edək ki, fevralın 24-də keçiriləcək İstanbul derbisi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
