“Fənərbağça”nın baş məşqçisi Mourinyo 3 oyunluq cəzalandırılıb

“Fənərbağça”nın baş məşqçisi Mourinyo 3 oyunluq cəzalandırılıb

Türkiyə Futbol Federasiyası "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu Türkiyə kubokunun 1/4 final matçı başa çatdıqdan sonra "Qalatasaray"ın baş məşqçisi Okan Burukun burnundan tutduğuna görə diskvalifikasiya edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mourinyo təxminən 7,5 min dollar cərimə də ödəməli olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qalatasaray” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib. Final fitindən sonra Mourinyo arxadan Buruka yaxınlaşıb və "Qalatasaray"ın baş məşqçisi arxaya dönəndə portuqaliyalı onun burnundan tutub. Türkiyəli mütəxəssis üzünü tutaraq otun üstünə yıxılıb.

62 yaşlı Mourinyo 2024-cü ilin iyunundan "Fənərbağça"ya rəhbərlik edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM