satellite   Azerspace-1: 11135 H 30000

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib

Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Naxçıvan televiziyası xarici mətbuata istinadən xəbər verir ki, bu posta Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdıran Jorje Jezus gətiriləcək.

Portuqaliyalı mütəxəssis hazırda yığmanın sükanı arxasına ən real namizəd hesab olunur.

70 yaşlı baş məşqçinin təyinatının dərhal reallaşmayacağı, onun mayın 3-nə planlaşdırılan Asiya Çempionlar Liqasının finalına qədər Səudiyyə klubunda qalacağı barədə iddialar var.

Bundan əlavə, “Əl-Hilal” ölkə çempionluğu uğrunda mübarizəni davam etdirsə, J.Jezusun komanda ilə müqaviləsinin müddəti uzadıla bilər.

Qeyd edək ki, Jorje Jezus 2019-2020-ci illərdə Braziliyada çalışıb. O, "Flamenqo" komandasına rəhbərlik edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM