Naxçıvandan 3 boksçu zona birinciliyində uğur qazanıb - FOTOLAR

 

NTV -nin məlumatına  görə boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi reallaşıb. Bakı Boks Mərkəzində təşkil olunan yarışda 50 komandanın 153 boksçusu gücünü sınayıb.

Naxçıvan Muxtar Respublikasından yarışa 3 məşqçi və 5 idmançı qatılıb. 1-i gümüş, ikisi bürünc olmaqla, ümumilikdə 3 medal qazanılıb. 

Təmsilçilərimizdən Məhəmməd Mustafayev (90 kq) ikinci, Elmurad Kərimli (42 kq) və Yusif Tağıyev (44) isə üçüncü olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM