satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan atleti Əmrah Nağıyev Bakı Marafonuna fəxri iştirakçı kimi qatılacaq

Naxçıvan atleti Əmrah Nağıyev Bakı Marafonuna fəxri iştirakçı kimi qatılacaq

NTV Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə  istinadən xəbər verir ki, mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” təşkil ediləcək. 2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən bu marafon 21 km-lik məsafəni əhatə edir və idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır. 

Ordubad rayonundan olan idmançı Əmrah Nağıyev ənənəvi marafona bu dəfə fəxri iştirakçı kimi dəvət olunub. Bu, idmançının Bakı Marafonunda sayca 6-cı iştirakı olacaq. 2018-ci ildən etibarən sözügedən kütləvi tədbirə qatılan Əmrahın ən yaxşı nəticəsi 7-ci yer olub. 

Xatırladaq ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalib və mükafatçısı olan Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstanda keçirilən beynəlxalq marafonlara davamlı şəkildə qatılmaqla təcrübəsini artırır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM