satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı məşqçi “Real Madrid”in akademiyasında olub

Azərbaycanlı məşqçi “Real Madrid”in akademiyasında olub

“Araz-Naxçıvan”ın U-19 komandasında məşqçi kimi işləyən Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov İspaniyanın “Real Madrid” klubunun akademiyasında olub.

 NTV xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Real Madrid" akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşma tərzləri, düşüncələri, məşq zamanı verdikləri tez qərarlar və ən əsası, yaşlarının az olmasına baxmayaraq tamamilə peşəkar olmalarının şahidi oldum. Bizim akademiyalarda da bacarıqlı uşaqlar var. Hamımız bir olub, hər birimiz öz işimizlə ciddi şəkildə məşğul olsaq, futbolumuz da qabağa gedər. Sadəcə olaraq, bunu doğrudan da istəmək lazımdır” –, deyə Əmircanov əlavə edib.

O, səfər zamanı Braziliya millisinin və “Real Madrid” komandasının əfsanələrindən sayılan Marselo ilə görüşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM