satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" heyətinə iki futzalçı cəlb edib

"Araz-Naxçıvan" heyətinə iki futzalçı cəlb edib

Azərbaycan çempionatının son qalibi "Araz-Naxçıvan" heyətinə iki futzalçı cəlb edib.

Bunu NTV-yə Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov bildirib.

"Komanda istirahətdədir, amma biz işimizi davam etdiririk. Hələ ki, iki yerli futbolçu cəlb etmişik. "Neftçi" İK-dən Mirzə Əmirov, "Baku Fire"dən isə Fərid Abbasov ilə anlaşmışıq. Legionerlərlə bağlı işlər davam edir. İstədiyimiz futzalçıların bəzilərindən ilkin razılıq almışıq. Amma hələ ki, rəsmi müqavilə bağlamamışıq", - deyə klub rəsmisi söyləyib.

Qeyd edək ki, "Araz-Naxçıvan" Yüksək Liqada 2024/2025 mövsümünün qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM