satellite   Azerspace-1: 11135 H 30000

Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq

Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq

Bu gün azərbaycanlı zəvvarların növbəti, sabah isə son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq.

NTV Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O deyib ki, bu gün özü ilə bərabər 170 nəfər zəvvar qayıdacaq. Onlar səhər saatlarında Bakıya çatacaqlar.

V.Cahangiri qeyd edib ki, sonuncu zəvvar qrupu isə iyunun 20-si axşam saatlarında Vətənə dönəcək. Bu qrupda isə 190 nəfərin qayıdışı gözlənilir.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edirdi. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM