satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: İrlandiya təmsilçisinə qalib gələn "Qarabağ" növbəti mərhələyə adlayıb

Çempionlar Liqası: İrlandiya təmsilçisinə qalib gələn "Qarabağ" növbəti mərhələyə adlayıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

NUHÇIXAN xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM