Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.
NTV xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivini qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.
