satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə klubu ötən il qəzaya düşən futbolçu ilə yollarını ayırıb

İngiltərə klubu ötən il qəzaya düşən futbolçu ilə yollarını ayırıb

İngiltərənin “Vest Hem” komandası ötən ilin dekabr ayında avtomobil qəzasına düşən hücumçusu Maykl Antonio ilə yollarını ayırıb.

NTV klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

35 yaşlı oyunçu keçirdiyi ağır yol qəzasından sonra reabilitasiya prosesini davam etdirir.

Yamaykalı forvard Premyer Liqa tarixində “Vest Hem”in ən məhsuldar oyunçusudur. 2015-ci ildən London təmsilçisində çıxış edən Maykl Antonio bu müddət ərzində 323 matçda 83 qolla yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM