satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq

UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.

NTV-nin məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı niderlandlı Danni Makkeli idarə edəcək.

Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, bu cütün qalibi pley-offda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Məğlub tərəf isə eyni cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-offunda görüşəcək.

Macarıstandakı cavab matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Komandalar arasında Bolqarıstanda gerçəkləşən ilk qarşılaşmada hesab açılmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM