satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: “Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gələrək pley-offa yüksəlib

Çempionlar Liqası: “Qarabağ” “Şkendiya”ya böyük hesabla qalib gələrək pley-offa yüksəlib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qalib gələn “Qarabağ” növbəti pley-off-a adlayıb.

NTV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesabı qonaqlar açıblar. 10-cu dəqiqədə Fabris Tamba adını tabloya yazdırıb. 5 dəqiqə sonra rəqibin heyətində Klisman Sake avtoqol müəllifi olmaqla hesaba tarazlıq gətirib. Daha sonra müvafiq olaraq fərqlənən Kadi Borges (18), Nəriman Axundzadə (33), Marko Yankoviç (35) və Leandro Andrade (59) “Qarabağ”ın qələbəsində pay sahibi olublar.

Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Bununla da "Qarabağ" ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM