satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanı dünya çempionatında 15 cüdoçu təmsil edəcək

Azərbaycanı dünya çempionatında 15 cüdoçu təmsil edəcək

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Cüdo Federasiyasından  NTV-yə  bildirilib ki, ölkəmiz yarışda 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Qızlar arasında Gülşən Hüseynova, Xədicə Abdullayeva (hər ikisi 44 kiloqram), Nərmin Ağamirzəzadə, Leyla Ələkbərova (hər ikisi 48 kiloqram), Aysun Məmmədova (52 kiloqram), Səmayə Yusifli (57 kiloqram) və Məsumə Məmmədli (70 kiloqram) qüvvəsini sınayacaq.

Oğlanlardan isə Anar Quliyev, Rza Xəlilli (hər ikisi 50 kiloqram), Rəsul Əlizadə, Məhəmmədəli Hüsiyev (hər ikisi 55 kiloqram), Zeyd Ələsgərov, Röyal Qayıbov (hər ikisi 60 kiloqram), Məhəmməd Ağakişiyev (73 kiloqram) və Sübhan Axundov (90 kiloqram) güclərini yoxlayacaqlar.

Amin Mehdiyev (81 kiloqram) komanda yarışında iştirak edəcək.

Qeyd edək ki, avqustun 27-31-də təşkil olunacaq dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM