satellite   Azerspace-1: 11135 H 30000

“Forbes” dünyanın ən dəyərli idman klublarının reytinqini açıqlayıb

“Forbes” dünyanın ən dəyərli idman klublarının reytinqini açıqlayıb

Nüfuzlu “Forbes” jurnalı 2025-ci il üçün dünyanın ən bahalı 50 idman klubunun reytinqini açıqlayıb.

NTV xəbər verir ki, siyahıya Amerika Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas” klubu başçılıq edir. 2016-cı ildən bəri reytinqin ilk pilləsində yer alan komandanın dəyəri 12 milyard ABŞ dollarıdır.

Milli Basketbol Assosiasiyasında (NBA) mübarizə aparan “Qolden Steyt Uarriors” (11 milyard dollar) ikinci, NFL-in “Los-Anceles Rams” komandası (10,5 milyard dollar) üçüncü sırada qərarlaşıb.

Siyahıda Avropadan cəmi dörd futbol klubu yer alıb. Bunlar İspaniyanın “Real Madrid” (6,75 milyard dollar), “Barselona” (5,65 milyard dollar), İngiltərənin “Mançester Yunayted” (6,6 milyard dollar) və “Liverpul” (5,4 milyard dollar) kollektivləridir.

Reytinqə Formula 1 klublarından isə “Ferrari” (6,5 milyard dollar) və “Mercedes” (6 milyard dollar) daxil olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM