Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev “Araz-Naxçıvan”dan ayrılıb.
Naxçıvan təmsilçisindən NTV-yə verilən məlumata görə, təcrübəli yarımmüdafiəçi klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi oyunçuya xidmətlərinə görə təşəkkür edib və onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.
