satellite   Azerspace-1: 11135 H 30000

FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib

FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib

FIFA Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib.

NTV  xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

İlk mükafatlandırma mərasimi 2026-cı ildə keçiriləcək.

Qeyd edək ki, FIFA 1991-ci ildən bəri ən yaxşı futbolçunu mükafatlandırır. Təşkilat qalibi 2009-cu ilə qədər müstəqil olaraq seçib. 2010-cu ildən 2015-ci ilə qədər mükafat "France Football" jurnalı ilə birgə təqdim edilib və "FIFA Qızıl Top" kimi tanınıb.

2016-cı ildən bəri iki mükafat təqdim edilib - biri jurnal, digəri isə FIFA tərəfindən.

Qeyd edək ki, son olaraq ilin ən yaxşı futbolçusu Fransanın PSJ klubunun üzvü Usman Dembele seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM