satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" beş ildən sonra ilk dəfə bir hissədə qapısından dörd qol buraxıb

"Barselona" beş ildən sonra ilk dəfə bir hissədə qapısından dörd qol buraxıb

 

İspaniyanın "Barselona" klubu 5 ildən sonra ilk dəfə bir hissədə 4 qol buraxıb.

NTV xəbər verir ki, bu, İspaniya Kral Kubokunun yarımfinalında, Madriddə "Atetiko"ya qarşı keçirilən matçda baş verib.

Meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatan görüşdə bütün qollar ilk hissədə vurulub. Kataloniya klubu sonuncu dəfə bir hissə ərzində 4 qolu 2020-ci ildə UEFA Çempionlar Liqasında "Bavariya"ya 2:8 hesabı ilə uduzduqları matçda buraxmışdı. Həmin vaxt Münhen təmsilçisini "Barselona"nın hazırkı baş məşqçisi Hans-Diter Flik çalışdırırdı.

Bu nəticə həm də komandanın Flikin rəhbərliyi altında ən böyükhesablı məğlubiyyəti kimi tarixə düşüb. Eyni zamanda, bu, almaniyalı mütəxəssisin karyerasında 2005-ci ilin martından bəri aldığı ən ağır məğlubiyyətdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM