satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub

Azərbaycan millisinin Tacikistanla yoldaşlıq oyununun hakimləri bəlli olub

Futbol üzrə Azərbaycan milli komandasının Tacikistanla keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

NTV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Moldovadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. VAR hakimi isə Kamran Bayramov olacaq.

Məlumat üçün bildirək ki, Roman Jitari bu mövsüm UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk görüşdə (3:0) də ədaləti qoruyub.

Qeyd edək ki, sentyabrın 23-də “Palms Sports Arena”da təşkil olunacaq Azərbaycan – Tacikistan oyunu saat 20:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM