satellite   Azerspace-1: 11135 H 30000

Karyerasında 49-cu titulunu qazanan Messi 2 rekorda imza atıb

Karyerasında 49-cu titulunu qazanan Messi 2 rekorda imza atıb

ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi karyerasında 49-cu titulunu qazanıb.

NTV xəbər verir ki, argentinalı hücumçu bu uğura ötən gün komandası ilə birlikdə Kampeones Kubokuna yiyələnməklə sahib çıxıb.

“İnter Mayami” həlledici matçda Meksikanın “Krus Asul” klubuna 2:0 hesabı qalib gələrək tarixində ilk dəfə həmin titulu əldə edib. 49-cu komanda titulunu qazanan Messi bununla dünya rekordunu yeniləyib. Bu göstərici üzrə ikinci pillədə Braziliya millisi və “Barselona”nın sabiq müdafiəçisi Dani Alveş (45) qərarlaşıb.

Bundan başqa, “Krus Asul”la görüşdə fərqlənən Messi, həmçinin MLS tarixində bütün turnirlərdə komandası üçün 100 qol həddinə ən tez çatan (155 oyun) futbolçu olub.

Qeyd edək ki, Kampeones Kuboku hər il ABŞ və Meksika çempionatlarının qalibini üz-üzə gətirən qarşılaşmadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM