satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"ın səfər oyununun biletləri iki saata satılıb

"Qarabağ"ın səfər oyununun biletləri iki saata satılıb

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletlərinin hamısı satılıb. 

Naxçıvan televiziyası İnformasiya Agentliyi Plzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər satışa çıxdıqdan iki saat sonra bitib. 

Komandanın kapitanı qapıçı Lukaş Heyda bu xəbərdən məmnun qaldığını söyləyib. 32 yaşlı qolkiper evdə yenidən azarkeşlərin dəstəyinə arxalanacaqları üçün xoşbəxt olduğunu bildirib. 

Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matç avqustun 17-də Bakıda olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM