satellite   Azerspace-1: 11135 H 30000

V İslam Həmrəyliyi Oyunları: Cüdo üzrə kişilərdən ibarət komandamız finala vəsiqə qazanıb

V İslam Həmrəyliyi Oyunları: Cüdo üzrə kişilərdən ibarət komandamız finala vəsiqə qazanıb

Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, millimiz əvvəlcə Bəhreyn, yarımfinalda isə Tacikistan yığmalarını 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə komandamız Türkiyə yığması ilə görüşəcək.

Qadın millimiz isə Türkmənistanı 3:0 hesabı məğlub etsə də, dörddəbir finalda Əlcəzair üzərində 3:2 hesabı ilə qələbə qazanıb. Yığmamız bürünc medal uğrunda təsəlliverici görüşdə isə Seneqalı 3:1 hesabı ilə məğlub edib.

Xatırladaq ki, fərdi yarışlarda cüdoçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda 3-cü pillədə qərarlaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM