satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan yığmasının yer aldığı V qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək.

Federasiyadan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv növbəti mərhələyə yüksəlmək üçün meydan sahibləri ilə yanaşı, Fransa və Yunanıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq.

Bu mərhələnin oyunları gələn il martın 21-dən 26-dək gerçəkləşəcək. Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. Həlledici mərhələ isə gələn ilin sentyabrında Xorvatiyada təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM