satellite   Azerspace-1: 11135 H 30000

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

İspaniya "Barselona"sı aparıcı futbolçusu Jordi Alba ilə vidalaşmağa hazırlaşır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi xərcləri azaltmaq üçün yüksək ödənişli oyunçularını göndərmək istəyir.

Jerar Pikenin karyerasını bitirməsindən və Serxio Busgetsin mümkün gedişindən sonra növbəti hədəf Jordi Alba ilə müqaviləyə xitam verməkdir.

Klub rəhbərliyi qış fasiləsində 33 yaşlı müdafiəçi ilə görüşüb sözləşmənin ləğv olunmasını müzakirə edəcək.

Qeyd edək ki, Jordi Albanın "Barselona" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM