satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

"Mançester Yunayted"də Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub

İngiltərənin "Mançester Yunayted" klubunda Kriştianu Ronaldunu əvəzləyə biləcək futbolçular bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq İtaliya "Milan"ından Rafael Leau və ya Niderland PSV-sindən Kodi Qakponun heyətə cəlb edilməsini istəyir.

Mütəxəssis qışda bu oyunçulardan birinin transfer olunmasını tələb edib.

Qeyd edək ki, "Mançester Yunayted" noyabrın 22-də Ronaldunun müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM