satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2022: Qana millisi Cənubi Koreya yığmasına qalib gəlib

DÇ-2022: Qana millisi Cənubi Koreya yığmasına qalib gəlib

Qətərdə keçirilən dünya çempionatının H qrupunda II tura start verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, turun ilk oyununda Qana millisi Cənubi Koreya ilə qarşılaşıb. Görüş Afrika təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 24-cü dəqiqədə Məhəmməd Salisu vurub. 10 dəqiqə sonra Məhəmməd Kudus ikinci topu asiyalıların qapısından keçirib. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci yarıya daha yaxşı başlayan Cənubi Koreya yığması Sun Kyu Çonun 58 və 61-ci dəqiqələrdə vurduğu qollarla hesabı bərabərləşdirib. Matçda son nöqtəni isə Kudus qoyub. Niderland "Ayaks"ında çıxış edən yarımmüdafiəçi 68-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra Qana 3 xalla 2-ci pilləyə yüksəlib. 1 xalı olan Cənubi Koreya seçməsi isə sonuncudur.

Qeyd edək ki, bu qrupda II turun digər oyunu Portuqaliya və Uruqvay yığmaları arasında olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM