satellite   Azerspace-1: 11135 H 30000

"Qalatasaray" İstanbul derbisindən qalib ayrılıb

"Qalatasaray" İstanbul derbisindən qalib ayrılıb

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi oynanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, XVIII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edib.

“Ülkər” stadionunda oynanılan yeni ilin ilk derbi görüşündə qonaq komanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Baş hakim Halil Umut Melerin idarə etdiyi qarşılaşmada “sarı-qırmızılılar”ın heyətində Serjio Oliveira (32), Kərəm Aktürkoğlu (78) və Mauro Icardi (90) fərqləniblər.

Bu oyundan sonra “Qalatasaray” 39 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib. Əzəli rəqibindən dörd xal az toplayan “Fənərbağça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 31 xalla üçüncü sırada yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM