satellite   Azerspace-1: 11135 H 30000

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Mbappe Fransa Futbol Federasiyasının rəhbərini Zidana hörmətsizlikdə ittiham edib

Fransa yığmasının hücumçusu Kilian Mbappe ölkənin Futbol Federasiyasının rəhbəri Noel Le Qreyin mütəxəssis Zinəddin Zidan barəsində açıqlamasına münasibət bildirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Mbappe bu barədə tviterdəki hesabında yazıb.

"Zidan Fransadır, biz əfsanəyə o qədər də hörmətsiz yanaşmırıq..." Mbappe sosial şəbəkədə qeyd edib.

Le Qre daha əvvəl Zidanın telefon zənginə cavab verməyəcəyini deyib.

Qeyd edək ki, Zidan 2016-2018-ci illərdə "Real Madrid"in baş məşqçisi olub, 2019-cu ildə yenidən "Real Madrid"ə qayıdıb. Paytaxt klubu onun rəhbərliyi altında iki dəfə İspaniya çempionu (2016/17, 2019/20), iki dəfə ölkə Superkubokunun qalibi (2017, 2019/20), üç dəfə Çempionlar Liqasının (2015/16, 2016/) qalibi olub. Habelə iki dəfə UEFA Super Kubokunu (2016, 2017) və iki dəfə klublararası dünya kubokunu (2016, 2017) qazanıb.

Zidan üç dəfə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM