satellite   Azerspace-1: 11135 H 30000

Lionel Skaloni ötən ilin ən yaxşı baş məşqçisi seçilib

Lionel Skaloni ötən ilin ən yaxşı baş məşqçisi seçilib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ötən ilin ən yaxşı baş məşqçisini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu ada futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni layiq görülüb.

Mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal) tutub. İlk üçlüyü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb. Bununla tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk üçlükdə yer alıb.

Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM