satellite   Azerspace-1: 11135 H 30000

FIFA “Qalatasaray”ın transfer qadağasını ləğv edib

FIFA “Qalatasaray”ın transfer qadağasını ləğv edib

FIFA Türkiyə klubu “Qalatasaray”ın transfer qadağasını ləğv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “CNN Türk”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı ali futbol qurumundan məktub alıb.

“Cim-bom” uruqvaylı futbolçu Lukas Toreyranın keçidi zamanı ilk klubu olan İtaliya “Peskara”sına 18 500 dollarlıq yetişdirmə pulunu gecikdirdiyi üçün müvəqqəti transfer qadağası ilə üzləşib. Həmin məbləğ artıq ödənilib və FIFA dərhal qərarın qüvvədən düşdüyünü bildirib. Bu isə o deməkdir ki, “sarı-qırmızılılar” qış dönəmində transfer edə bilərlər.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə Super Liqasında 18 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM