satellite   Azerspace-1: 11135 H 30000

VAR sistemi ilə bağlı tarixi qərar qəbul edilib

VAR sistemi ilə bağlı tarixi qərar qəbul edilib

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sistemi ilə bağlı tarixi qərar qəbul edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi IFAB-ın rəsmi saytına istinadən xəbər verir ki, VAR otağında əyləşən hakimlər futbol matçlarında mübahisəli epizodları yenidən izlədikdən sonra müvafiq qərarları tribunadakı azarkeşlərə və yayım hüququna sahib telekanallara mikrofon vasitəsilə açıqlayacaqlar.

Referilərin VAR hakimləri ilə danışığı isə əvvəlki kimi məxfi saxlanılacaq.

Yenilik ilk dəfə bu ilin fevralında Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında tətbiq olunacaq. Bunun qadınlar arasında mundialda da sınaqdan keçirilməsi planlaşdırılır.

IFAB oyunlar zamanı itirilmiş vaxtı kompensiyaya etmək üçün basketboldakı qaydanın (vaxtın dayandırılması) tətbiqinə isə qarşı çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM