satellite   Azerspace-1: 11135 H 30000

“Atletiko” “Barselona”nın hücumçusunu transfer edib

“Atletiko” “Barselona”nın hücumçusunu transfer edib

İspaniyanın “Atletiko” klubu ölkənin digər təmsilçisi “Barselona”nın futbolçusu Memfis Depayı transfer edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.

O bildirib ki, Niderland millisinin üzvü keçidi tamamlamaq üçün şəxsi təyyarəsi ilə Madridə yollanıb. Bu gün tibbi müayinədən keçəcək 29 yaşlı oyunçu ardından “Atletiko” ilə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq. “Barselona” bu keçiddən təxminən 3-4 milyon avroluq gəlir əldə edəcək.

Qeyd edək ki, Memfis Depay bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 4 oyunda 1 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM