satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Kuboku: "Fənərbağça" 1/4 finala vəsiqə qazanıb

Türkiyə Kuboku: "Fənərbağça" 1/4 finala vəsiqə qazanıb

"Fənərbağça" Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 1/8 finalda evdə "Rizespor"u 2:1 hesabı ilə məğlub edən İstanbul nəhəngi adını növbəti mərhələyə yazdırıb.

İlk qol 12-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Arda Gülərin ideal ötürməsini Mixa Zayts dəqiq zərbə ilə tamamlayıb. 26-cı dəqiqələrdə qonaqlar hesabı bərabərləşdiriblər. Sinan Osmanoğlu künc zərbəsi zamanı başla dəqiq oynayıb. "Sarı-lacivərdlilər"in qələbə topunun müəllifi isə Enner Valensiya olub. 89-cu dəqiqədə səhnəyə çıxan kolumbiyalı hücumçu başla fərqlənib.

Qeyd edək ki, "Fənərbağça" 1/4 finalda "Ankaragücü" komandası ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM