satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb

Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb

Futbol üzrə Türkiyə Kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 1/4 finalda İstanbul təmsilçilərindən "Fənərbağça" "Kayserispor"la, "Qalatasaray" isə "Başakşehir"lə üz-üzə gələcək.

Son ölkə çempionu "Trabzonspor" "Ankaragücü"nü sınağa çəkəcəksə, "Sivasspor" "Qaziantep" səddini keçməyə çalışacaq.

Yarımfinalda "Fənərbağça" - "Kayserispor" cütünün qalibi "Sivasspor" - "Qaziantep", "Qalatasaray" - "Başakşehir" matçının qalibi isə "Ankaragücü" - "Trabzonspor" cütünün güclüsü ilə münasibətlərinə aydınlıq gətirəcək.

1/4 final qarşılaşmaları bir, yarımfinallar isə iki oyundan ibarət olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM