satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan kənarlaşdırıla bilər

Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-dan kənarlaşdırıla bilər

Ukrayna Futbol Assosiasiyası (UAF) FIFA və UEFA-dan kənarlaşdırıla bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hər iki təşkilat bu barədə UAF-a xəbərdarlıq edib.

FIFA və UEFA-nın göndərdiyi məktubda bildirilib ki, UAF İcraiyyə Komitəsinin üzvlərinə növbədənkənar iclasın keçirilməsi tələblərini imzalamaq üçün təzyiq göstərilir.

Qurumlar UAF-ın üçüncü şəxslərin təsiri altında olmasından razı deyil.

Qeyd edək ki, milli futbol assosiasiyalarının beynəlxalq qurumlara üzvlüyü müstəsna olaraq FIFA və UEFA-nın nizamnaməsinə ciddi əməl olunması və müvafiq olaraq milli futbol strukturlarının fəaliyyətinin müstəqilliyi ilə təmin edilir. Bu qaydanın hər hansının pozulması "FIFA Nizamnaməsinin 16-cı və UEFA Nizamnaməsinin 9-cu maddəsinə uyğun olaraq UAF-ın FIFA və UEFA-ya üzvlüyünün dayandırılmasına səbəb ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM