satellite   Azerspace-1: 11135 H 30000

İngiltərə Futbol Assosiasiyası “Fulhem” klubunu cərimələyib

İngiltərə Futbol Assosiasiyası “Fulhem” klubunu cərimələyib

İngiltərənin “Fulhem” klubu “Çelsi”yə qarşı matçda futbolçularının davranışına görə 27 min 500 funt sterlinq məbləğində cərimələnib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Fulhem”in oyunçuları sözügedən matçın 57-ci dəqiqəsində “Çelsi”nin yeni transferi Jao Feliksin qayda pozuntusuna sərt etirazlarını bildiriblər. Futbolçuların nizam-intizam qaydalarını pozması səbəbindən yerli futbol assosiasiyası klubu məhkəmə qərarı əsasında cərimələyib.

Qeyd edək ki, sözügedən matçda Jao Feliks kobud oyundan sonra debüt matçında qırmızı vərəqə alaraq meydandan qovulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM