satellite   Azerspace-1: 11135 H 30000

Formula 1 pilotlarının dəbilqəsində kamera quraşdırılacaq

Formula 1 pilotlarının dəbilqəsində kamera quraşdırılacaq

Bu il keçiriləcək Formula 1 üzrə dünya çempionatında pilotlar dəbilqələrinə yerləşdirilən kameradan istifadə edə biləcəklər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası qərar verib.

Qərara əsasən, pilotlar dəbilqəyə yerləşdirilən bu kameradan yararlana biləcəklər. “Sürücü gözü” adlandırılan bu kamera yarışın sürücünün baxışları vasitəsilə yayımlanmasına da şərait yaradacaq.

Qeyd edək ki, ilk dəfə 2021-ci ildə məşhur pilot Fernando Alonsonun Belçika Qran-Prisində istifadə etdiyi kamera bu il bütün iştirakçılara şamil ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM