satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib - FOTOLAR

Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib<font color=red> - FOTOLAR</font> Naxçıvanın “Turan” Döyüş Klubu Bakıda uğurlu nəticə göstərib<font color=red> - FOTOLAR</font>

Hövsan Olimpiya İdman Kompleksində MMA, pankration və qrepplinq üzrə Bakı açıq birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, 2 gün davam edən yarışlarda muxtar respublikanı Naxçıvan Kikboksinq Federasiyasının sədri, idman ustası Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 18 idmançısı təmsil edib. Təmsilçilərimizdən hər biri mükafatçılar sırasına düşə bilib və nəticədə Naxçıvan idmançıları yarışı 8-i qızıl, 8-i gümüş, 8-i bürünc olmaqla, ümumilikdə 24 medalla tamamlayıblar.

Ən yaxşı nəticə göstərən idmançımız Nurəddin Əliyev 2008-2009-cu il təvəllüdlülər arasında həm MMA, həm də qreplinqdə 32 kq çəki dərəcəsinin birincisi olub. Uğur Əliyev, Fərid Orucov, Tunar Abdullayev pankrationda, Mətin Tapdıqov, Əbülfəz Cəfərov və Mirsaleh Abbasov isə qrepplinqdə daha yaxşı çıxış edərək qızıl medal qazanıblar.

Yarışlarda Bakı və bölgələri təmsil edən komandalar olmaqla 47 klubdan ümumilikdə 500-ə yaxın idmançı qüvvəsini sınayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM