satellite   Azerspace-1: 11135 H 30000

Ronaldo Superkubok matçına hazırlaşır

Ronaldo Superkubok matçına hazırlaşır

Rekord məbləğdə Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubuna transfer olunan portuqaliyalı futbolçu Kriştiano Ronaldo komandanın heyətində ilk titulunu qazanmaq üçün vacib oyuna çıxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 37 yaşlı hücumçu Səudiyyə Ərəbistanı Superkuboku uğrunda bu gün yarımfinal matçında meydanda olacaq.

“Əl İttihad” komandasına qarşı keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, 200 milyon avroya “Əl Nəsr” klubuna transfer olunan Ronaldo ilk rəsmi matçını Səudiyyə Ərəbistanı çempionatında “Əl İttifaq” komandasına qarşı keçirib. Matçda kapitan sarğısı ilə meydana çıxan Ronaldonun komandası 1:0 hesabı ilə qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM