satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubu “Fənərbağça”nın sabiq futbolçusunu heyətinə qatıb

“Qarabağ” klubu “Fənərbağça”nın sabiq futbolçusunu heyətinə qatıb

Ağdamın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın "Dijon" komandasından Yassin Benzianı transfer edib.

Əlcəzair millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində "Lion", "Lill", Türkiyənin "Fənərbağça", Yunanıstanın "Olimpiakos" komandalarında da çıxış edib. O, 2016 - 2018-ci illərdə formasını geyindiyi Əlcəzair yığmasında 4 oyuna 1 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM