satellite   Azerspace-1: 11135 H 30000

Şahmat üzrə Azərbaycan çempionu tay-brekdə bəlli olacaq

Şahmat üzrə Azərbaycan çempionu tay-brekdə bəlli olacaq

Kişi şahmatçıların Azərbaycan çempionatında ikinci final gününün oyunları keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli 4 saatdan çox davam edən partiyanın yekununda Vasif Durarbəyliyə uduzub.

Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə yenə heç-heçə edib.

Yanvarın 28-də şahmatçılar arasında tay-brek oynanılacaq. Əvvəlcə finalçılar iki oyundan ibarət rapiddə yarışacaqlar. Bərabərlik olacağı halda qalib blitsdə müəyyənləşəcək.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 25 min manat təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM