satellite   Azerspace-1: 11135 H 30000

Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatının qalibi bəlli olub

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi məlum olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, ölkə çempionu tay-brekdə müəyyənləşib.

Finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.

Bu,Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub.

Üçüncü yer uğrunda görüş Eltac Səfərli və Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Səfərli rəqibini məğlub etməklə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM