satellite   Azerspace-1: 11135 H 30000

Novak Cokoviç “Australian Open-2023”ün qalibi olub

Novak Cokoviç “Australian Open-2023”ün qalibi olub

Serbiyalı məşhur tennisçi Novak Cokoviç kişilər arasında keçirilən “Australian Open-2023” turnirinin qalibi olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 16-29-da Melburnda keçirilən mövsümün ilk “Böyük dəbilqə” turnirinin finalında Novak Cokoviç yunan Stefanos Tsitsipası 3:0 hesabı ilə məğlub edib.

Beləliklə də 35 yaşlı serbiyalı bu turnirdə 10-cu çempionluğunu yaşayıb. N.Cokoviç bu qalibiyyətlə kişilərin təkbətək yarışında dünyanın bir nömrəsi olub.

Serbiya Prezidenti Aleksandar Vuçiç sosial media hesabından N.Cokoviçi qələbə münasibətilə təbrik edib, onun dünyanın bir nömrəli tennisçisi olduğunu bildirib və Serbiya xalqı adından təşəkkür edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM